AZ

İsa Həbibbəyli: “15 cildlik “Azərbaycan tarixi” kitabı hazırlanır”

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“15 cildilik “Azərbaycan tarixi” kitabı hazırlanma prosesindədir. Bu kitabın hazırlanmasında cənab Prezidentin Akademiyada səsləndirdiyi fikirlər konsepsiya olaraq əsas kimi qəbul ediləcək”.Bizim.Media xəbər verir ki, bunu Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.O bildirib ki, Prezidentin nitqində ümummilli məsələləri əhatə edən, siyasi-ideoloji xarakter daşıyan, bizim mənəvi varlığımızı özündə əks etdirən müddəalar xüsusi yer tutub: “Son illərdə müxtəlif dünya ölkələrindən əldə edilmiş xəritələrin atlası hazırlanır. Bu atlasa daxil olan bizim sovet dövründən qabaqkı mərhələni əhatə edən xəritələrimiz dilçiliyə, coğrafiyaya, milli varlığımıza, kimliyimizə aid olan Azərbaycan toponimlərinin yayılma coğrafiyasının nə qədər geniş olduğunu bir daha meydana qoya biləcək”, - deyə akademiya rəhbəri qeyd edib.Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
2
bizim.media

9Mənbələr