AZ

AMEA rəhbəri: “15 cildlik “Azərbaycan tarixi” kitabı hazırlanır”

 “15 cildilik “Azərbaycan tarixi” kitabı hazırlanma prosesindədir. Bu kitabın hazırlanmasında cənab Prezidentin Akademiyada səsləndirdiyi fikirlər konsepsiya olaraq əsas kimi qəbul ediləcək”.

Ölkə.az xəbər verir ki, bunu Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Prezidentin nitqində ümummilli məsələləri əhatə edən, siyasi-ideoloji xarakter daşıyan, bizim mənəvi varlığımızı özündə əks etdirən müddəalar xüsusi yer tutub: 

“Son illərdə müxtəlif dünya ölkələrindən əldə edilmiş xəritələrin atlası hazırlanır. Bu atlasa daxil olan bizim sovet dövründən qabaqkı mərhələni əhatə edən xəritələrimiz dilçiliyə, coğrafiyaya, milli varlığımıza, kimliyimizə aid olan Azərbaycan toponimlərinin yayılma coğrafiyasının nə qədər geniş olduğunu bir daha meydana qoya biləcək”, -  AMEA prezidenti qeyd edib.

Mürtəza

Seçilən
63
2
olke.az

9Mənbələr