
Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfrans keçirilir.
Kommersant.az xəbər verir ki, tədbirdə Milli Məclisin sədri və deputatları, elm və təhsil naziri, AMEA-nın prezidenti, Yazıçılar Birliyinin sədri, Audiovizual Şuranın sədri və başqaları iştirak edirlər.
Qonaqlar "Təhsil və Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi", "Azərbaycan ədəbi dilinin vahid norması", "Mediada Azərbaycan dilinin qorunması: davranış kodeksi və maarifləndirmə" və s. mövzularda çıxış edəcəklər.