AZ

Bərdədə bir ailənin 4 üzvü qidadan zəhərlənib - YENİLƏNİB

Dekabrın 7-də saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

10.59

Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

APA xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.

1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

T. Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.

Seçilən
16
24
apa.az

10Mənbələr