AZ

Bərdədə qidadan zəhərlənən bir ailənin dörd üzvünün VƏZİYYƏTİ AÇIQLANDI

Bərdə rayonunda qidadan zəhərlənən bir ailənin dörd üzvünün vəziyyəti açıqlanıb.

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

"07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.

Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd edilib.

*** 11:30

Bərdə rayonunda bir ailənin dörd üzvü qidadan zəhərlənib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.

1968-ci il təvəllüdlü Vüqar Əliyev, həyat yoldaşı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

T.Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.

Seçilən
21
1
far.az

10Mənbələr