AZ

Sakinlər qidadan zəhərlənməyiblər - AQTA aydınlıq gətirdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda 4 nəfərin “qida zəhərlənməsi” ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Redaktor.az AQTA-ya istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həmin şəxslərə “Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu” diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar. 

AQTA qeyd edib ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

***

Bərdədə 4 nəfər qidadan zəhərlənib.

Redaktor.az xəbər verir ki, dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı Elza Əliyeva, oğlu Şəmistan Əliyev və onun arvadı Təhminə Əliyeva yaşadıqları Xanərəb kəndidən xəstəxanaya çatdırılıblar.

Onlara zəhərlənmə diaqnozu qoyulub. Ailə üzvlərinin evdə qidadan (pomidor turşusu) zəhərləndiyi bildirilib.

Təhminə Əliyevanın vəziyyəti ağır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Redaktor.az APA-ya istinbadən xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.

1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

T. Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.

Seçilən
30
1
redaktor.az

10Mənbələr