
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 2-də Brüsselə səfər edəcək.
Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 2-də Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə Ermənistan-Avropa İttifaqı (Aİ) Tərəfdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.
Məlumata görə, müzakirələrdən sonra Mirzoyan Avropa İttifaqının Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos ilə birgə mətbuat konfransı keçirəcəklər.
Qeyd olunub ki, dekabrın 3-də Mirzoyan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 2-ci Sammitində çıxış edəcək. İkitərəfli görüşlər də planlaşdırılır.
Daşqın HəsənovMissiya.Az