AZ

Trampın xüsusi nümayəndəsi Vitkoff Moskvaya səfər edəcək

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvaya səfəri ilə bağlı ilkin razılıq əldə olunub.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın prezident köməkçisi Yuri Uşakov “Rossiya-1” telekanalının müxbiri Pavel Zarubinə müsahibəsində məlumat verib.

Uşakovun sözlərinə görə, Vitkoff gələn həftə – 1–7 dekabr tarixlərində – Moskvaya səfər edəcək. O həmçinin bildirib ki, xüsusi nümayəndəni ABŞ prezidenti Donald Tramp administrasiyasında Ukrayna məsələsi ilə məşğul olan bir neçə rəsmisi müşayiət edəcək.

Prezident köməkçisi əlavə edib ki, o, Vitkoffla mütəmadi olaraq görüşür, lakin görüşlərin məxfiliyi səbəbilə onların məzmunu açıqlanmır.

Xatırladaq ki, ötən həftə ABŞ Ukrayna ilə bağlı 28 bənddən ibarət qətnamə layihəsi təqdim edib. Sənəd həm Ukraynada, həm də Avropada geniş müzakirələrə səbəb olub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
53
16
editor.az

10Mənbələr