AZ

Trampın xüsusi nümayəndəsi Moskvaya GEDİR

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof gələn həftə Rusiyanın paytaxtı Moskvaya gedəcək. 

"Cebheinfo.az" xəbər verir ki, Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Rusiyanın dövlət kanalı “Rossiya-24”-ə verdiyi açıqlamada ABŞ-nin Ukrayna ilə bağlı hazırladığı sülh planı ilə əlaqədar gedən prosesə dair fikirlərini bölüşüb. 

Qərb mediasında Vitkofla 14 oktyabrda apardığı telefon danışığının sızması ilə bağlı Uşakov bildirib: “Vitkofla tez-tez danışıram. Danışığın məzmunu barədə isə şərh verməyəcəyəm”. 

Uşakov Rusiya Prezidenti Vladimir Putinin Beynəlxalq İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kiril Dmitriyevlə apardığı telefon danışığının da Qərb mediasında yer almasına münasibət bildirərək deyib: 

“Mən hər kəslə telefonda danışa bilərəm. Sizinlə də danışa bilərəm. Kimlərsə sızdırır, bəziləri dinləyir, amma bu, biz deyilik”.

 ABŞ ilə Rusiya arasında çətin münasibətləri normallaşdırmaq üçün telefon danışıqları da daxil olmaqla təmasların qurulduğunu bildirən Uşakov əlavə edib: 

“Bu münasibətləri pozmaq üçün sızmalar edilir. Bunun əlaqələri yaxşılaşdırmaq məqsədilə edildiyini düşünmək çətindir. Vitkofa gəlincə, onun gələn həftə Moskvaya səfər etməsi üçün əvvəlcədən razılaşma əldə etmişik. O və ABŞ-nin Ukrayna məsələsindəki bəzi nümayəndələri gələcək”. 

Seçilən
58
16
cebheinfo.az

10Mənbələr