AZ

“Qarabağ” İtaliyada “Napoli” ilə qarşılaşacaq

10:43 25.11.2025
10:43 25.11.2025

“Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

Mynews.az xəbər verir ki, “Qarabağ” İtaliyada "Napoli" ilə üz-üzə gələcək.

“Dieqo Armando Maradona” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Qeyd edək ki, ilk 4 turdan sonra 7 xalı olan “Qarabağ” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Napoli” isə 4 xalla 24-cü sırada yer alıb.


Seçilən
23
50
mynews.az

10Mənbələr