Bakı. Trend:
Ulduzlararası kosmik obyekt - “3I/ATLAS” 23 noyabr səhəri Yerə300 milyon kilometrlik məsafədən daha yaxınlaşıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər AkademiyasınınGünəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilir ki, bu məsafəni hər gün 2 milyon kilometr azalmağadavam edir.
“Mövcud bazar günü, Moskva vaxtı ilə təxminən 07:30-daulduzlararası "kometa-gəmi" Yerə olan 300 milyon kilometrlikpsixoloji baxımdan önəmli sərhədi keçdi və hazırda planetə olanməsafəni sutkada təxminən 2 milyon kilometr azaltmaqda davam edir.Obyektin Yerə yaxınlaşması əsasən elə Yerin özünün səyi hesabınabaş verir, çünki hazırda Yerin orbit üzrə hərəkəti demək olar ki,dəqiq şəkildə 3I/ATLAS-ın göydə hərəkət etdiyi nöqtəyə tuş gəlir”,- məlumatda qeyd olunub.
Alimlər dəqiqləşdiriblər ki, kometanın trayektoriyasını Günəşənisbətən nəzərdən keçirdikdə, onun artıq Günəş sistemindən çıxışyolunda olduğu görünür, lakin buna baxmayaraq Yerə yaxınlaşmaqdadavam edir.