Ulduzlararası kosmik obyekt - “3I/ATLAS” 23 noyabr səhəri Yerə 300 milyon kilometrlik məsafədən daha yaxınlaşıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, bu məsafə hər gün 2 milyon kilometr azalmağa davam edir.
“Bazar günü, Moskva vaxtı ilə təxminən 07:30-da (Bakı vaxtı ilə 8:30) ulduzlararası "kometa-gəmi" Yerə olan 300 milyon kilometrlik psixoloji baxımdan önəmli sərhədi keçdi və hazırda planetə olan məsafəni sutkada təxminən 2 milyon kilometr azaltmaqda davam edir", - deyə bildirilib.