AZ

Ulduzlararası kosmik obyekt sürətlə Yerə yaxınlaşır

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Bildirilir ki, bu məsafəni hər gün 2 milyon kilometr azalmağa davam edir. “Mövcud bazar günü, Moskva vaxtı ilə təxminən 07:30-da ulduzlararası "kometa-gəmi" Yerə olan 300 milyon kilometrlik psixoloji baxımdan önəmli sərhədi keçdi və hazırda planetə olan məsafəni sutkada təxminən 2 milyon kilometr azaltmaqda davam edir. Obyektin Yerə yaxınlaşması əsasən elə Yerin özünün səyi hesabına baş verir, çünki hazırda Yerin orbit üzrə hərəkəti demək olar ki, dəqiq şəkildə 3I/ATLAS-ın göydə hərəkət etdiyi nöqtəyə tuş gəlir”, - məlumatda qeyd olunub. Alimlər dəqiqləşdiriblər ki, kometanın trayektoriyasını Günəşə nisbətən nəzərdən keçirdikdə, onun artıq Günəş sistemindən çıxış yolunda olduğu görünür, lakin buna baxmayaraq Yerə yaxınlaşmaqda davam edir. AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
2
azvision.az

4Mənbələr