AZ

"Araz-Naxçıvan" ÇL matçına itkilərlə çıxacaq

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün Bakıda baş tutacaq "Benfika" (Portuqaliya) ilə matça itkilərlə çıxacaq.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından bildrilib.

Vərəqə cəzalısı olduğuna görə Covanni Valero, Karlos Bertola və Aleksanderson Teyşeyra komanda yoldaşlarına kömək edə bilməyəcək. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov "qırmızı-ağlar"ın iştirak ərizəsinə daxil ediliblər.

Baş məşqçi Yevgeni Kukseviç "Araz-Naxçıvan"ın ilk oyun üçün iştirak ərizəsinə aşağıdakı futbolçuların adını daxil edib:

Qapıçılar - 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov;

Oyunçular - 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Jan Peruzzo, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 49. Kənan Manafov, 7. Yaqo Enrike, 9. Alleks Rezende

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Benfika" matçı Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.

II Liqa: X tura start verilib

Mübariz Orucov: “Neftçi”nin hədəfi həmişə çempionluqdur“

Jorj Kaşkilya: "Neftçi"yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir“

“Sabah”ın futbolçusu mükafatlandırılıb

“İmişli” “Neftçi” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB

Seçilən
42
4
apasport.az

7Mənbələr