Bu ilin büdcəsi kimi, 2026-cı ilin dövlət büdcəsi də ölkəmzin müdafiə qüdrətinin artırılması, təhlükəsizliyimizin təminatlılığının gücləndirilməsi və Böyük Qayıdışın sürətləndirilməsi kimi postmüharibə dövrünün vəzifə və çağırışlarına cavabları düzgün əks etdirir.
Musavat.com-un məlumatına görə, bunu parlamentdəki büdcə müzakirələri zamanı deputat Əli Məsimli deyib.
Millət vəkili bildirib ki, 2026-cı ilin dövlət büdcəsi bir sıra cəhətlərinə görə 2025-ci ilin büdcəsindən fərqlənir: “Onların arasında Dövlət Neft Fondundan transfertləri azaltmaqla büdəcənin neftdən asılılığının azaldılması daha diqqətçəkən məqamlardır və strateji, iqtisadi və sair baxmdan çox çühüm əhəmiyyət kəsb edir”.
Ə.Məsimlinin fikrincə, bununla belə son on ilin statistikasına baxdıqda görürük ki, Dövlət Neft Fondundan büdəcəyə transfertlərin azaldılması istiqamətində bir neçə dəfə addım atılıb, lakin bir-iki ildən sonra yenidən Dövlət Neft Fondundan büdəcəyə transfertlərin artırılması variantna keçilib: “Bu dəfə Dövlət Neft Fondundan transfertləri azalması prosesinə dönməz xarakter verib, onun həcmini builki 14,5 milyard manatdan gələn il 12,8 milyardan manata, 2029-cu ildə isə 6 milyard manata endirilməsinə qəti şəkildə nail olmaqdan ötrü iqtisadi artım templərinin sürtləndirilməsi və təsərrüfat faliyyətinin səmərəliliyinin artırılmasına, bu əsasda dayanıqlı büdcə sisteminə keçidi təmin edən köklü islahatlara gedilməli, bütün səviyyələrdə idarəetmə sistemi əsaslı surətdə təkmilləşdirilməli, bir-biri ilə daxili məntiqi əlaqədə götürülmüş iqtisasi, institusional, struktur və hüquqi islahatlar həyata keçirilməli, eləcə də iqtisadi siyasətin monitar, fiskal və təşviqləndirici istiqamətlərinin effektiv kombinasiyasına nail olunmalıdır”.
Deputat bildirib ki, 2022‒2026-cı illərdə Sosial-iqtisadi inkişaf Strategiyası”nda paytaxtla regionlar arasında trazlığın təmin edilməsi məsələsi xüsusi yer tutur: “Dörd regional inkiaf proqramı çərçivəsində bu istiqamətdə, xüsusən də infrastruktur layihələrinin reallaşdırılması istiqamətində xeyli iş görülüb. Lakin görülməsi vacib olan işlərdə çoxdur. Onların arasında yerlərdə sosial həyatın yaxşılaşdırılması, yaşamaq və işləmək üçün normal şəraitin yaradılması məsələsi xüsusi yer tutur. Noyabrın 12-də Prezident İlham Əliyev yeni təyin olmuş icra hakimiyyəti başçıları ilə görüşü zamanı bu konteksdə bildirib ki, regionara münasibətdə iqtisadi, sosial və ekolişi yanaşma bir-birini tamamlamalı, “Azərbaycanın bölgələri bu gün ən yüksək standartlara cavab verməlidir””.
Yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır.” Bölgələrdə məşğulluqla bağlı məsələlər əsas prioritetlərdən biridir və bu istiqamətdə təsirli tədbirlər görülməlidir. ”Bölgələrdəki ekoloji tarazlıq mütləq qorunmalıdır, ətraf mühitə böyük diqqət göstərilməlidir.” Bu baxımdan qeyd etmək istərdik ki, Şəkinin 20-dən artıq, Qaxın isə 57 yaşayış məntəqəsindən 33-ü, yəni 60 faizə yaxını qazlaşdırılmayıb. Ona görə də Şəki və Qaxın qazlaşdırılmamış kəndləri timsalında regionlarda qazlaşmayan kəndləinin qazlaşdıılması işi sürətləndirilməlidir ki, meşələrin qırılmasından və ekoloji tarazlığın pozulmasından dəyən zərər dayandırılsın. Bununla əlaqədar olaraq bu ilin iyulunda Prezident Sərəncamı ilə yaradılmış İlisu Milli Parkına aid ərazidə yerləşən, uçotu götürülən kəndlərin ilk növbədə qazlaşdırılmasını zəruru hesab edirik. Eyni zamanda düşünürük ki, İlisu Milli Parkının yaradılması özü məqsəd xarakteri daşımayacaq. Bundan ötrü həmin ərazilərə Milli Park səviyyəsində çox yüksək statusun verilməsi, həm də İlisu Milli Parkını əhatə əhatə edən ərazidəki yaşayış məntəqələrinin abadlaşdırılması, işıq, su, yeni iş yerlərinin açılması, çox dəyərli tarixi-mədəni abidələrin bərpası və sair bu kimi mövcud problemlərin həlli istiqamətində sistemli işlər həyata keçirilməsinə geniş vüsət verilməsini vacib hesab edirik”.
E.Paşasoy,
Musavat.com