"Gələn ilin dövlət büdcəsi xərclərinin 41%-nin sosial yönümlü xərclərə yönəldilməsi də büdcənin sosial yönümlü olduğunu göstərir. Hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondunun həm xərclərinin, həm də gəlirlərinin artımı, işsizlikdən sığorta fondu çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi, işsizliyə görə sığorta ödənişlərinin həcminin 6% artımı da sosial yönümlü büdcə yanaşmasının təzahürüdür".
Redaktor.az xəbər verir ki, bunu deputat Soltan Məmmədov Milli Məclisin bugünkü iclasında bildirdi.
Onun sözlərinə görə, məqsədli büdcə fondlarına hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır.
"Bu baxımdan, təmsil etdiyim Xəzər rayonunda içməli su təchizatının yaxşılaşdırılması tullantı sularının idarə olunması ilə bağlı məsələlərə diqqət göstərilməsinə ehtiyac var. Buhəm iqtisadi həm ekoloji həm də sosial baxımdan olduqca mühüm əhəmiyyətə malik məsələlərdən biridir. ADSEA müvafiq qurumları tərəfindən rayonda xeyli iş görülüb. İçməli su təminatının yaxşılaşdırılması istiqamətində layihələr mərhələli şəkildə həyata keçirilir.
Görülmüş işlərlə paralel Xəzər rayonu Buzovna, Şağan və Mərdəkan qəsəbələrində yeraltı suların idarə olunması sistemlərinin təkmilləşdirilməsinə ehtiyac var. Qeyd olunanlarla bərabər Xəzər rayonunun turizm potensialını, son illərdə rayon ərazisində salınmış yeni yaşayış massivlərini nəzərə alaraq 2026-cı il dövlət büdcəsində məqsədli büdcə fondlarından içməli su təchizatının yaxşılaşdırılmas tullantı sularının idarə edilməsi, olunması sistemlərinin bərpası və ekoloji layihələrin icrası üçün maliyyə vəsaitlərinin ayrılması ilə bağlı hökumətə müraciət edirəm", - deyə S.Məmmədov bildirdi.
Aminə ŞAHSUVARQIZI