Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
DÇ-2026-nın seçmə mərhələsini öz qrupunda ikinci yerdə başa vuran Türkiyə millisinin pley-offdakı mümkün rəqibləri müəyyənləşib.
Məlumata görə, Türkiyə milli komandası pley-offda 1-ci səbətdə yer alacaq və yarımfinalda 4-cü səbətdəki komandalar – Rumıniya, İsveç, Şimali İrlandiya və ya Şimali Makedoniya ilə qarşılaşacaq. Bu cütlüklərdə qalib gələn komanda final mərhələsinə yüksələcək.
Pley-offda ümumilikdə 16 komanda iştirak edəcək. Onların 12-si seçmə mərhələdən, digər 4-ü isə Millətlər Liqasından gəlir (Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya).
Komandalar dörd səbət üzrə belə bölünüb:
1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka
2-ci səbət: Uels, Polşa, Çexiya, Slovakiya
3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina
4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya
Pley-offun yarımfinal oyunları 26 mart 2026-da, final qarşılaşmaları isə 31 martda keçiriləcək. Finalda qalib gələn komanda dünya çempionatına vəsiqə qazanacaq.
Pley-offun püşkatması isə 20 noyabrda, İsveçrənin Sürix şəhərində baş tutacaq.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.