AZ

DÇ-2026: Türkiyə millisi pley-offda bu 4 komandadan biri ilə qarşılaşacaq - Səbətlər bilindi

DÇ-2026-nın pley-off oyunları ərəfəsində səbətlər müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 16 komanda final mərhələsinə vəsiqə uğrunda potensial rəqiblərini tanıyıblar.

Pley-off matçlarında ümumilikdə 16 kollektiv iştirak edəcək ki, onlardan 12-si seçmə mərhələnin qrup ikinciləri, 4-ü isə UEFA Millətlər Liqasından (Rumıniya, İsveç, Şimali İrlandiya və Şimali Makedoniya) gələn komandalardır.

Yığmalar püşkatma öncəsi hərəsində 4 komanda olan 4 səbətə bölünüb. Birinci səbətdə yer alan ölkələr dördüncü, ikinci səbətdəki yığmalar isə üçüncüdə qrupdakı kollektivlərlə qarşılaşacaqlar. Püşkatmada 1-ci səbətdə yer alacaq Türkiyə millisi 4-cü səbətdəki 4 komandadan biri - Rumıniya, İsveç, Şimali İrlandiya və ya Şimali Makedoniya ilə yarımfinal oyununa çıxacaq. Qalib gələn yığmalar finala vəsiqə qazanacaqlar.

1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka

2-ci səbət: Uels, Polşa, Çexiya, Slovakiya

3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina

4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya

Pley-off mərhələsinin yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə 31-də oynanılacaq. Yarımfina və finallar bir matçdan ibarət olacaq, qaliblər dünya çempionatına vəsiqə qazanacaqlar. 1 və 2-ci səbətlərdə olan komandalar ilk oyunlarını öz meydanında keçirəcəklər. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.

Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 20-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq.

Seçilən
59
48
fanat.az

10Mənbələr