AZ

Ötən 15 gündə 392 mina və 3 min 207 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən noyabrın 1-dən 16-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən yarım ayda Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 265, tankəleyhinə 127 mina və 3 min 207 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 2 894,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
370
13
azertag.az

10Mənbələr