AZ

Ötən həftə 60 mina və 130 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən fevralın 9-15-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 53, tankəleyhinə 7 mina və 130 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 385 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
13
azertag.az

10Mənbələr