AZ

Lotar Matteus Nik Voltemade haqda qənaətini açıqladı

Alman futbolunun əfsanəsi, keçmiş dayaq yarımmüdafiəçisi Lotar Matteus, “Nyukasl”ın hücumçusu Nik Voltemade haqda qənaətini açıqlayıb.

Arena.az veteran futbolçunun müvafiq qənaətini təqdim edir:

“Nik İngiltərə Premyer Liqasında qollar vurur, Almaniya yığması üçün ilk qolunu vurdu. Bu isə oyunçunun nüfuzunu və dəyərini artırır. Amma əminəm ki, o, yaxın vaxtlar ərzində “Nyukasl”da qalacaq”, deyə Lotar Matteus vurğulayıb.

Xatırladaq ki, Nik Voltemade “Nyukasl”a 2025-ci ilin yayında Almaniyanın “Ştutqart” klubundan 85 milyon avro müqabilində keçib. 23 yaşlı almaniyalı hücumçunun İngiltərə klubu ilə 2031-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. Nik “Nyukasl”ın heyətində 14 oyuna çıxıb, 6 qola imza atıb.

Nik Voltemade Almaniyanın “Verder” klubunun yetirməsidir. O, Bremen təmsilçisində çıxış edərkən “Elversberq”ə icarəyə də verilib. 2024-cü ilin yayında isə Voltemade azad agent kimi “Ştutqart”a keçmişdi. O, sözügedən komandanın heyətində keçirdiyi bir mövsüm ərzində 36 oyuna çıxıb, 18 qol və 3 məhsuldar ötürmə ilə qiymətini artırmağı bacarıb.

Almaniyanın U-16, U-17, U-20 və U-21 yığmalarında da oynamış Voltemade 2025-ci ildə ölkəsinin əsas millisində də debüt edib. O, millidə meydana çıxdığı 6 oyunda 1 qol vurub, 1 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
27
2
arena.az

10Mənbələr