AZ

Pavol Şafranko əməliyyat olundu - ARENA.AZ

Futbol üzrə Slovakiya yığmasının və “Sabah”ın hücumçusu Pavol Şafranko diz oynağındakı menisk yırtığı səbəbindən əməliyyat keçirib.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

İspaniyadakı klinikalardan birində baş tutmuş əməliyyat uğurla yekunlaşıb.

Xatırladaq ki, Şafranko sonuncu dəfə sentyabrın 28-də keçirilmiş “Sumqayıt”la ev oyununda (1:1) iştirak edib. Ondan sonra slovakiyalı forvard zədə səbəbindən komandasına kömək edə bilmirdi.

Pavol Şafranko 2024-cü ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. 30 yaşlı hücumçu indiyə qədər “bayquşlar”ın heyətində 55 oyuna çıxıb, 18 qol vurub, 3 məhsuldar ötürmə verib.

Şafranko daha öncə Slovakiyanın “Tatran” (2013-2016), “Podbrezova” (2016), “DAC 1904” (2017-2018), Danimarkanın “Olborq” (2019), Şotlandiyanın “Dandi Yunayted” (2018/2019), CAR-ın “Sandauns” (2021-2022) və Rumıniyanın “Sepsi” (2022-2024) klublarında da oynayıb.

Slovakiyanın U-20 və U-21 yığmalarında da oynamış hücumçu 2017-ci ilin yanvarında ölkəsinin əsas millisində debüt edib. O, yığmada 10 oyun keçirsə də, fərqlənə bilməyib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
28
28
arena.az

10Mənbələr