AZ

Stolüstü tennis millimiz İslamiadanın yarımfinalına yüksəldi

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

"Yeni Sabah" xəbər verir ki, yığma 1/4 finalda Maldiv adaları kollektivi ilə qarşılaşıb.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 8:3.

Minimum bürünc medalı təmin edən Azərbaycan yığması sabah yarımfinalda Misir millisi ilə qarşılaşacaq.


Telegram kanalımız
Seçilən
9
5
yenisabah.az

6Mənbələr