AZ

Premyer Liqa: Derbilərə Əliyar Ağayev “damğa”sı - ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk Azərbaycan derbisi baş tutacaq.

Arena.az xəbər verir ki, Premyer Liqanın 2025/2026-cı illər mövsümünün 11-ci turunda “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

“Zəfər turu” çərçivəsində “Azərsun Arena”da keçiriləcək bu qarşılaşmaya saat 18:44-də start veriləcək.

Peşəkar Futbol Liqası Azərbaycan derbilərini idarə etmiş hakimlərlə bağlı statistikanı açıqlayıb.

Azərbaycan derbisi tarixində ilk oyunun baş hakimi Rüstəm Rəhimov olub. O, ilk mövsümün hər iki matçını idarə edib. Əvvəlki çempionat derbilərini 30 hakim idarə edib. Əliyar Ağayev hamıdan çox – 13 derbidə fit çalıb.

Fariz Yusifovla Xaqani Məmmədov hərəyə 9 belə matç keçirib.

Derbilərdə iki ata-oğul baş hakim olub. Gülağa Cabbarovla Rauf Cabbarov (hərəsi 2), Rövşən Əhmədovla Rəşad Əhmədov (müvafiq olaraq 8 və 3) əzəli rəqiblərin oyunlarında fit çalıblar.

Xatırladaq ki, bu gün keçiriləcək “Qarabağ” – “Neftçi” matçını Elçin Məsiyev idarə edəcək.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
43
49
arena.az

10Mənbələr