Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov yeni təyinat alıb.
Offsideplus.az xəbər verir ki,o, qadınlar arasında Avropa Kubokunun üçüncü mərhələsinin "Bursa Böyükşəhər Bələdiyyəspor"- "AEK Afina" görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Bu barədə AHF-nin mətbuat xidməti məlumat yayıb.
Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu noyabrın 9-da Bursa şəhərinin "Nilüfər Bələdiyyə" İdman kompleksində keçiriləcək.