AZ

İsgəndər Əsgərov Avropa Kuboku matçına təyinat aldı

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov yeni təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, qadınlar arasında Avropa Kubokunun üçüncü mərhələsinin “Bursa Böyükşəhər Bələdiyyəspor”- “AEK Afina” görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Türkiyə və Yunanıstan təmsilçilərinin oyunu noyabrın 9-da Bursa şəhərinin “Nilüfər Bələdiyyə” İdman kompleksində keçiriləcək.

Qarşılaşmanı Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.

Seçilən
33
9
football-plus.az

10Mənbələr