AZ

Saatlıda icra hakimiyyətinin binasının qarşısında nalayiq ifadələr işlədən şəxs həbs edilib

Saatlı Rayon İcra Hakimiyyətinin binasına sərxoş vəziyyətdə girmək istəyən şəxs barədə inzibati tənbeh tətbiq edilib.

"Cebheinfo.az" xəbər  verir ki, Oxu.Az-ın əldə etdiyi xəbərə görə, hadisə noyabrın 6-da baş verib.

Təqsirləndirilən şəxs hadisə günü təxminən saat 15:30-da Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında içkili vəziyyətdə ünvansız nalayiq ifadələr işlədib.

Bununla əlaqədar inzibati binanın mühafizəsini təşkil edən mühafizə polisinin əməkdaşı Saatlı Rayon Polis Şöbəsinə müraciət edib.

Daha sonra İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Saatlı Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 4 gün müddətinə inzibati qaydada həbs edilib.

"Cebheinfo.az" 

Seçilən
27
6
cebheinfo.az

7Mənbələr