Saatlı Rayon İcra Hakimiyyətinin binasına sərxoş vəziyyətdə girmək istəyən şəxs barədə inzibati tənbeh tətbiq edilib.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 6-da baş verib.
Təqsirləndirilən şəxs hadisə günü təxminən saat 15:30-da Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında içkili vəziyyətdə ünvansız nalayiq ifadələr işlədib.
Bununla əlaqədar inzibati binanın mühafizəsini təşkil edən mühafizə polisinin əməkdaşı Saatlı Rayon Polis Şöbəsinə müraciət edib.