AZ

Milan Almaniya klubunun qapıçısı ilə maraqlanır

ain.az, Sia Az portalına istinadən məlumat verir.

İtaliyanın "Milan" klubu Almaniya təmsilçisi "Frayburq"un qapıçısı Noah Atubolu ilə maraqlanır. SİA "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı qolkiperin yayda heyətə cəlb olunacağı gözlənilir.

Fransalı qapıçı Mayk Menyanın "Milan"la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Tərəflər yeni sözləşmə ilə bağlı razılığa gələ bilmirlər.

Qeyd edək ki, Atubolu cari mövsüm Bundesliqada meydana çıxdığı doqquz matçın 3-də qapısını toxunulmaz saxlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
3
sia.az

4Mənbələr