AZ

“Milan” Menyana əvəzləyici tapdı

“Milan” “Frayburq”un qapıçısı Noah Atubolu ilə maraqlanır.

Msport.az xəbər verir ki, 22 yaşlı qolkiperin yayda heyətə cəlb olunacağı gözlənilir.

Fransalı qapıçı Mayk Menyanın “Milan”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Tərəflər yeni sözləşmə ilə bağlı razılığa gələ bilmirlər.

Qeyd edək ki, Atubolu cari mövsüm Bundesliqada meydana çıxdığı doqquz matçın 3-də qapısını toxunulmaz saxlayıb.

Seçilən
20
3
msport.az

4Mənbələr