AZ

Mehdiyev müxalifəti necə ələ alıb?

Dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsinə cəhd ittihamları ilə ev dustaqlığına məhkum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişindən sonra 50 nəfərlik “Dövlət Şurası” yaratmaq istəyi hələ də müzakirə olunur.

Publika.az xəbər verir ki, xüsusilə də R.Mehdiyevin “Dövlət Şurası”nda görmək istədiyi 50 nəfərin kimliyi açıqlanmayıb. Agentliklərdən biri isə 50 nəfərin siyahısında AXCP sədri Əli Kərimli və sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin adının olduğunu iddia edib.

Oxu24.az saytının səhih mənbələrinə istinadla yazdığına görə, Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri uzun illər əvvələ gedib çıxır. Belə ki, G.Hacıbəylinin deputat seçilməsində R.Mehdiyevin də xeyir-duası olub. Bu əlaqələr G.Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib. Qeyd edilib ki, Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edilib. Sayt həmin mənzillərin ünvanı və sənədləri barədə dəqiq məlumatlar dərc edib. Söhbət Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksindən gedir. Bildirilir ki, Mehdiyev Gültəkin Hacıbəylini “mükafatlandırmaq” məqsədilə bina tikilən ərəfədə, 2005-ci ildə ona iki mənzil hədiyyə edib. Bina istismara verilən tarixdən Hacıbəyli orada yaşasa da, evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ilə təsadüf edir. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adınadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. Əldə edilən məlumata görə, G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Eyni binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə “xüsusi xidmətlərinə” görə, “boz kardinal” tərəfindən daha bir mənzil bağışlanıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan 4 otaqlı mənzildə G.Hacıbəyli özü tək yaşayır", - məlumatda vurğulanıb. Gültəkin Hacıbəyli II və III çağırış (2000-2010-cu illərdə) deputat olub. Mənzillərin də ona deputat olduğu zaman verildiyi iddia olunur.

Bəs R.Mehdiyev müxalifəti niyə və daha çox hansı yollarla ələ alıb, onlardan öz məqsədləri üçün niyə istifadə edib? Yeri gəlmişkən, AMİP-in fəxri lideri Etibar Məmmədov partiyaları ləğv etmək, onları maliyyə cəhətdən çökdürmək və onun rəhbərləri və sıravi üzvlərini inzibati cəhətdən təqib etməyin məhz Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin metodu olduğunu deyib...

Mütəllim

Seçilən
22
2
publika.az

10Mənbələr