Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 7-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısı ilə sizi də tanış edir:
İkinci Liqa, 7-ci tur
“Quba” – “Şirvan” görüşünün 5-ci dəqiqəsində “Şirvan”ın futbolçusu Qərib İbrahimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb. “Şirvan” komandası buna görə 1000 manat cərimə edilib.
“Şəki” – “Göygöl” oyununda “Göygöl”ün 5 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Dinamo” – “Araz Saatlı” oyununda “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün Saatlı komandası 70 manat cərimə edilib.
“Ağstafa Gəncləri” – “Kür-Araz” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağstafa komandası 70 manat cərimə edilib.

