Bu gün futbol üzrə Avropa Konfrans Liqasının Liqa mərhələsində 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub.
Türkiyənin “Samsunspor” komandası Malta təmsilçisi “Hamrun”la üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə 3 xalı 3 cavabsız qolla qazanıblar.
Almaniya təmsilçisi “Maynts” isə evdə “Fiorentina”nı sınağa çəkib. Üç qolun qeydə alındığı matçda almanlar sevinən tərəf olublar.
Xatırladaq ki, Konfrans Liqasının Liqa mərhələsinin 4-cü turunun oyunları noyabrın 27-də keçiriləcək.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, 3-cü tur
6 noyabr
Şaxtyor (Ukrayna) – Breydablik (İslandiya) 2:0
Qollar: Bondarenko, 28. Kaua Elias, 65.
Sparta (Çexiya) – Rakuv (Polşa) 0:0
Maynts (Almaniya) – Fiorentina (İtaliya) 2:1
Qollar: Hollerbax, 68. Li Sun, 90+5 – Sohm, 16.
Çelye (Sloveniya) – Legiya (Polşa) 2:1
Qollar: İosifov, 72. Karniçnik, 77 – Urbanski, 17.
KuPS (Finlandiya) – Slovan (Slovakiya) 3:1
Qollar: Antvi, 41. Parişek, 48. Oksanen, 81 – Marselli, 3.
AEK (Yunanıstan) – Şemrok Rovers (İrlandiya) 1:1
Qollar: Yoviç, 90-pen – Burke, 21-pen.
Samsunspor (Türkiyə) – Hamrun (Malta) 3:0
Qollar: Holse, 18. E.Kılınc, 58. Marius, 77.
AEK (Larnaka, Kipr) – Aberdin (Şotlandiya) 0:0
Noa (Ermənistan) – Siqma (Çexiya) 1:2
Qollar: Mulahüseynoviç, 21 – Slaviçek, 10. Silla, 24.
Rapid (Avstriya) – Universitatya (Rumıniya) 0:1
Qol: Romançuk, 37.
Dinamo (Kiyev, Ukrayna) – Zrinski (Bosniya və Herseqovina) 6:0
Qollar: Popov, 21. Gerrero, 56. Kabayev, 59. Buyalski, 67. Yarmolenko, 78. Blanuta, 83.
Kristal Pelas (İngiltərə) – Alkmar (Niderland) 3:1
Qollar: Lakrua, 22. Sarr, 45+4; 57 – Meynans, 54.
Rayo Valyekano (İspaniya) – Lex (Polşa) 3:2
Qollar: Palason, 58. De Frutos, 83. A.Qarsiya, 90+4 – Palma, 11. Kozubal, 39.
Linkoln (Cəbəllütariq) – Riyeka (Xorvatiya) 1:1
Qollar: K.Qomes, 83 – Fruk, 41.
Şkendiya (Şimali Makedoniya) – Yagelloniya (Polşa) 1:1
Qollar: Latifi, 49 – Losano, 90+10.
Hakken (İsveç) – Strasburq (Fransa) 1:2
Qollar: Dembe, 62 – Enkiso, 21. Qodo, 60.
Lozanna (İsveçrə) – Omoniya (Kipr) 1:1
Qollar: Bayr, 40 – Neofitu, 34.
Şelburn (İrlandiya) – Drita (Kosovo) 0:1
Qol: Ayzeray, 57.

