Azərbaycanın gözəl və səfalı rayonlarından ən öndə gedəni Kəlbəcərdir desək yanılmarıq.
Azadlığına qovuşan bu füsunkar rayonun sakinləri yavaş-yavaş doğma yurdlarına qayıtmağa başlayırlar. Belə ailələrdən biri də rayonun Məmmədsəfi kəndinin sakinləri olan Ələkbərovlar ailəsidir.
Məmmədsəfi kəndi xarabalığa çevrildiyindən burada daimi yaşamaq mümkün deyil. Amma yay aylarında dədə-baba torpaqlarında çadır qurub qalanlar da az deyil.
Ailənin başçısı Sabir Ələkbərov bu kəndi gənc yaşlarında tərk etdiyini hələ də o torpaqların hər daşında bir uşaqlıq xatirəsi yatdığını bildirib. Müsahibimiz danışdıqca göz yaşlarına hakim ola bilməyib...
Ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta