ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xaçmazda 17 yaşlı oğlan 42 yaşlı anasını qətlə yetirib. Hadisə rayonun Çaykənarı kəndində qeydə alınıb. Orta məktəbi ötən il bitirən gənc anası - 1983-ci il təvəllüdlü Məmmədova Həqiqət Tərlan qızını əmisinin evində bıçaqlayıb. Qadın bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Xaçmaz rayon xəstəxanasına yerləşdirilib.
MÖVZU İLƏ BAĞLI:Xaçmazda 17 yaşlı oğlan anasını buna görə qətlə yetirib – TƏFƏRRÜAT – ÖZƏL
İki gün xəstəxanada müalicə alan Həqiqət Məmmədova bu gün həyatını itirib. Bizim.Media-nın çəkiliş qrupu hadisə baş verən evdə olub. Ətraflı videosüjetdə:
Aytəkin Alxaslı, Sadiq Məmmədov, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.