AZ

Tramp Qəzzada Türkiyəni istəyir: İsrailin təzyiqi başladı

ABŞ prezidenti Donald Tramp İsrailin etirazlarına baxmayaraq, Türkiyənin Qəzzada atəşkəs və sonrakı yenidənqurma prosesində mərkəzi rol oynaya biləcəyinə inanır.

Publika.az xəbər verir ki, “Washington Post” nəşri “Tramp Türkiyənin Qəzza sülhündə mərkəzi rol oynadığını görür, lakin İsrail buna etiraz edir” başlıqlı məqaləsində Yaxın Şərqdəki proseslərlə bağlı araşdırma aparıb.

Xarici siyasət mütəxəssislərinin fikirlərini də əhatə edən məqalədə Trampın Ankaranın Qəzzada atəşkəs və yenidənqurma proseslərində mərkəzi rol oynamasını istədiyi qeyd olunub.

Həmçinin bildirilib ki, Türkiyənin Yaxın Şərqdə daha böyük təsir qazanmasını istəməyən İsrail, eyni zamanda, Ankara ilə HƏMAS arasındakı münasibətlərdən narahatlığı səbəbindən Trampa etiraz edib.

Seçilən
47
1
publika.az

2Mənbələr