AZ

Tramp Qəzzada Türkiyəni istəyir

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp İsrailin etirazlarına baxmayaraq, Türkiyənin Qəzzada atəşkəs və sonrakı yenidənqurma prosesində mərkəzi rol oynaya biləcəyinə inanır.

Gununsesi.info xəbər verir ki, “Washington Post” nəşri “Tramp Türkiyənin Qəzza sülhündə mərkəzi rol oynadığını görür, lakin İsrail buna etiraz edir” başlıqlı məqaləsində Yaxın Şərqdəki proseslərlə bağlı araşdırma aparıb.

Xarici siyasət mütəxəssislərinin fikirlərini də əhatə edən məqalədə Trampın Ankaranın Qəzzada atəşkəs və yenidənqurma proseslərində mərkəzi rol oynamasını istədiyi qeyd olunub.

Həmçinin bildirilib ki, Türkiyənin Yaxın Şərqdə daha böyük təsir qazanmasını istəməyən İsrail, eyni zamanda, Ankara ilə HƏMAS arasındakı münasibətlərdən narahatlığı səbəbindən Trampa etiraz edib.

Qeyd olunub ki, Türkiyənin Qəzza prosesində fəal iştirakı Ankara-Vaşinqton münasibətlərini gücləndirə və Türkiyənin daha güclü diplomatik aktor kimi qəbul edilməsini təmin edə bilər.(publika.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
icma.az

2Mənbələr