AZ

Yanvar-sentyabr aylarında 28,2 milyon dollarlıq kartof ixrac edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan təqribən 28,2 milyon dollar dəyərində 20,4 min tondan çox kartof ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 37,7 faiz, həcmi isə 47 faiz artıb.

Cari ilin ilk 9 ayında kartofun ümumi ixracda xüsusi çəkisi 0,15 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,06 faizə bərabər olub.

Seçilən
53
3
vergiler.az

4Mənbələr