AZ

Yanvar-sentyabr aylarında 50 milyon dollarlıq alma ixrac edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan təqribən 50,2 milyon dollar dəyərində 71,3 min tondan çox alma ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 46,2 faiz, həcmi isə 34,6 faiz artıb.

Cari ilin ilk 9 ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,27 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,89 faizə bərabər olub.

Seçilən
25
3
vergiler.az

4Mənbələr