AZ

Hindistanda avtobusla yük maşını toqquşub - 20 nəfər ölüb

Hindistanın cənubundakı Telangana əyalətində sərnişin avtobusu ilə yük maşını arasında baş verən toqquşma nəticəsində ən azı 20 nəfər ölüb, 18 nəfər yaralanıb.

Ucnoqta.az bildirir ki, bu barədə The Hindustan Times qəzeti xəbər verir.

Ştatın paytaxtı Haydarabad şəhərinə gedən avtobusda təxminən 70 sərnişin olub. Yük maşını çınqıl daşıyırmış.

Qəza nəticəsində, yükün bir hissəsi avtobusun üzərinə tökülərək sərnişinləri sıxışdırıb.

Hadisə yerinə xilasetmə xidmətləri gəlib. Sərnişinləri çıxarmaq üçün ekskavatorlardan istifadə edilib.

İlkin məlumatlara görə, qəzaya həddindən artıq sürət və yük maşını sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Seçilən
19
4
ucnoqta.az

5Mənbələr