AZ

Bu ölkədə avtobusla yük maşınının toqquşması nəticəsində 20 nəfər ölüb

Hindistanın cənubundakı Telangana əyalətində sərnişin avtobusu ilə yük maşını arasında baş verən toqquşma nəticəsində ən azı 20 nəfər ölüb, 18 nəfər yaralanıb.

Ölkə.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

Bildirilir ki, Haydarabad şəhərinə gedən avtobusda təxminən 70 sərnişin olub. 

Hadisə yerinə xilasetmə xidmətləri gəlib. Sərnişinləri çıxarmaq üçün ekskavatorlardan istifadə edilib.

İlkin məlumatlara görə, qəzaya həddindən artıq sürət və yük maşını sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Həmidə İbrahimova

Seçilən
3
4
olke.az

5Mənbələr