AZ

Hindistanda qətliam kimi qəza -Avtobusla yük maşını toqquşub

Hindistanın Telangana ştatında sərnişin avtobusu ilə yük maşını toqquşub.

İki sahil” xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat verib.

Bildirilib ki, hadisə nəticəsində ən azı 20 nəfər ölüb, 18 nəfər yaralanıb.

Ştatın paytaxtı Haydarabad şəhərinə gedən avtobusda təxminən 70 sərnişin olub. Yük maşını çınqıl daşıyırmış. Toqquşma zamanı yükün bir hissəsi avtobusun üzərinə tökülərək sərnişinləri sıxışdırıb.

Hadisə yerinə xilasetmə xidmətləri gəlib. Sərnişinləri çıxarmaq üçün ekskavatorlardan istifadə edilib.

İlkin məlumatlara görə, qəzaya həddindən artıq sürət və yük maşını sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
19
4
ikisahil.az

5Mənbələr