Azərbaycanlı FiFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının daha bir matçına təyinat alıb.
QOL.az xəbər verir ki, o, Liqa mərhələsinin 5-ci turunun “Slaviya” (Çexiya) - “Arsenal” (İngiltərə) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək edəcəklər.
Matç noyabrın 4-ü, Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.
Qeyd edək ki, 3 turdan sonra “Arsenal” 9 xalla 4-cü, “Slaviya” 2 xalla 28-ci yeri tutur.