AZ

Əliyar Ağayev “Arsenal”ın oyununa təyinat aldı

Azərbaycanlı FiFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının daha bir matçına təyinat alıb.

 

Modern.az xəbər verir ki, o, “Slaviya” (Çexiya) - “Arsenal” (İngiltərə) oyununun baş hakimi olacaq.

 

Matçın VAR hakimi Rob Diperink, AVAR hakimi isə Yerun Manshot (hər ikisi Niderland) olacaqlar.

 

Qeyd edək ki, oyun noyabrın 4-ü, Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

Seçilən
22
6
modern.az

8Mənbələr