AZ

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya xalq artistinin oğlu məlumat verib.

O deyib, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

"Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var", - deyib.

Xəstəxanadan bildirilib ki, 84 yaşlı pasiyentimiz Elmira Rəhimovaya Mərkəzimizin terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyasi olunaraq, müvafiq müalicə üsulu təyin edilib: "Mərkəzimizin peşakar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hal-hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq".

Seçilən
27
23
apa.az

10Mənbələr