AZ

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirildi

Ajans.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin oğlu məlumat verib.  O deyib, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.  "Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var", - deyə o bildirib.  Xəstəxanadan bildirilib ki, 84 yaşlı pasiyentimiz Elmira Rəhimovaya mərkəzimizin Terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyası olunaraq, müvafiq müalicə üsulu təyin edilib:

 "Mərkəzimizin peşəkar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq".

Seçilən
24
23
Ajans.az

10Mənbələr