AZ

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirildi

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

NOCOMMENT.az-ın xəbərinə görə, bu barədə APA-ya Xalq artistinin oğlu məlumat verib.

O deyib, Elmira Rəhimova hazırda Bakı Sağlamlıq Mərkəzində müalicə olunur.

“Anamın səhhətində bəzi problemlər yarandı və onu xəstəxanaya aparmaq qərarına gəldik. Təzyiq, şəkər və digər problemlər var”, – deyə o bildirib.

Xəstəxanadan bildirilib ki, 84 yaşlı pasiyentimiz Elmira Rəhimovaya mərkəzimizin Terapiya şöbəsində nevroloq, endokrinoloq konsultasiyası olunaraq, müvafiq müalicə üsulu təyin edilib:

“Mərkəzimizin peşəkar komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan pasiyentimizin vəziyyəti hazırda yaxşıdır və yaxın günlərdə evə buraxılacaq”.

Seçilən
14
23
nocomment.az

10Mənbələr