AZ

İsrail Qəzzaya hava zərbələri endirib

Ajans.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı xəbər yayıb. Məlumata görə, hədəflərdən biri şəhərin şimalındakı "Aş-Şifa" Tibb Mərkəzi olub. Qəzza şəhərinin cənubundakı əl-Sabra yaşayış məntəqəsində bir evə hava hücumu nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir. Əlavə məlumat verilmir. "Al Mayadeen" telekanalı da öz növbəsində Qəzzanın qərbində yerləşən Əş-Şati qaçqın düşərgəsinə zərbə endirildiyini xəbər verib.

Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq ölkənin hərbi qüvvələrinə Qəzza zolağına dərhal güclü zərbələr endirməyi tapşırıb.

Seçilən
49
7
Ajans.az

10Mənbələr