AZ

İsrail Qəzzaya hava zərbələri endirib

İsrailin Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir sıra ərazilərinə hava zərbələri endirib.

"Report"un məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı xəbər yayıb.

Məlumata görə, hədəflərdən biri şəhərin şimalındakı "Aş-Şifa" Tibb Mərkəzi olub.

Qəzza şəhərinin cənubundakı əl-Sabra yaşayış məntəqəsində bir evə hava hücumu nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.

Əlavə məlumat verilmir.

"Al Mayadeen" telekanalı da öz növbəsində Qəzzanın qərbində yerləşən Əş-Şati qaçqın düşərgəsinə zərbə endirildiyini xəbər verib.

Seçilən
36
8
demokrat.az

10Mənbələr