AZ

İsrail Qəzzaya hava zərbələri endirib

İsrailin Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir sıra ərazilərinə hava zərbələri endirib.Bu barədə "Al Jazeera" telekanalı xəbər yayıb.

Məlumata görə, hədəflərdən biri şəhərin şimalındakı "Aş-Şifa" Tibb Mərkəzi olub.

Qəzza şəhərinin cənubundakı əl-Sabra yaşayış məntəqəsində bir evə hava hücumu nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.

"Al Mayadeen" telekanalı da öz növbəsində Qəzzanın qərbində yerləşən Əş-Şati qaçqın düşərgəsinə zərbə endirildiyini xəbər verib.

Daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq ölkənin hərbi qüvvələrinə Qəzza zolağına dərhal güclü zərbələr endirməyi tapşırıb.

Seçilən
24
7
anews.az

10Mənbələr